Bundesliqa: “Borussiya Mönhenqladbax” və “Bayer” heç-heçə oynayıblar - YENİLƏNİB + VİDEO

7 Fevral 2026 23:43
285
Bundesliqa: “Borussiya Mönhenqladbax” və “Bayer” heç-heçə oynayıblar

Almaniya Bundesliqasının 21-ci turunda “Borussiya Mönhenqladbax” və “Bayer” arasında keçirilən oyun başa çatıb.

Almaniyanın Mönhenqladbax şəhərindəki “Borussiya-Park” stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahiblərinin yarımmüdafiəçisi Yannik Engelhardt hesabı 10-cu dəqiqədə açıb. İlk hissənin sonlarında, 45-ci dəqiqədə “Borussiya”nın yarımmüdafiəçisi Filip Sander öz qapısına qol vurub.

Bu oyundan sonra “Borussiya Mönhenqladbax” 22 xalla Almaniyanın yüksək liqasında 12-ci, “Bayer” isə 36 xalla beşinci yerdədir.

20:40

Almaniya Bundesliqasının 21-ci turunun “Volfsburq” və “Borussiya Dortmund” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç “Volkswagen Arena”da (Volfsburq, Almaniya) keçirilib.

Dortmundlular oyunda 2:1 hesablı qələbə qazanıblar.

Hesabı 38-ci dəqiqədə Yulian Brandt açıb. 52-ci dəqiqədə ev sahibi komandanın müdafiəçisi Konstantinos Kulierakis bərabərlik qolunu vurub. 87-ci dəqiqədə qonaq komandanın hücumçusu Seru Girassi komandasına üstünlük qazandırıb.

Bu matçdan sonra “Borussiya Dortmund” 48 xalla Bundesliqanın turnir cədvəlində ikinci, “Volfsburq” isə 19 xalla 14-cü yerdədir.

Turun digər oyunlarında nəticələr belə olub:

“Frayburq” – “Verder” – 1:0
“Mayns” – “Auqsburq” – 2:0
“Haydenhaym” – “Hamburq” – 0:2
“Sankt-Pauli” – “Ştutqart” – 2:1

İdman.Biz