“Yuventus” Kenan Yıldızla müqaviləni 2030-cu ilə qədər uzadıb

7 Fevral 2026 20:59
94
“Yuventus” Kenan Yıldızla müqaviləni 2030-cu ilə qədər uzadıb

“Yuventus” türk hücumçu Kenan Yıldızın müqaviləsini 2030-cu ilə qədər uzadıb.

İdman.Biz xəbər verir ki, Turin klubu bu xəbəri rəsmi saytında açıqlayıb.

Daha əvvəl mətbuatda hücumçunun maaşının İtaliya klubunda ən yüksək maaşlardan biri olacağı bildirilirdi.

Kenan Yıldız 2022-ci ilin yayında "Bavariya"dan azad agent kimi “Yuventus”un gənclər komandasına qoşulub. Bu mövsüm 20 yaşlı cinah oyunçusu bütün yarışlarda 31 oyunda doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib.

“Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 45 xalla dördüncü yerdədir. “İnter” isə 55 xalla liqaya liderlik edir.

İdman.Biz