A Seriyası: “Fiorentina” “Torino” ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

8 Fevral 2026 01:57
285
A Seriyası: “Fiorentina” “Torino” ilə heç-heçə edib

İtaliya çempionatının 24-cü turunda “Fiorentina” evdə “Torino” ilə 2:2 hesablı heç-heçə edib.

Ev sahiblərindən Manor Solomon və Moyze Kin, qonaqlardan isə Çezare Kasadei və Gilyermo Maripan qol vurdular.

“Fiorentina” artıq dörd oyundur ki, qələbə qazanmayıb (üç məğlubiyyət və bir heç-heçə). 24 oyundan 18 xalla İtaliya çempionatının cədvəlində 18-ci yerdədir. “Torino” (24 oyundan 27 xal) isə 13-cü yerdədir.

Növbəti oyununda “Fiorentina” 15 fevralda səfərdə “Komo”, “Torino” isə həmin gün “Bolonya” ilə qarşılaşacaq.

23:08

İtaliya A Seriyası mövsümünün 24-cü turunun “Cenoa” və “Napoli” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz-in xəbərinə görə, matç “Stadio Luigi Ferraris”də (Genuya, İtaliya) baş tutub. Qonaqlar 3:2 hesabı ilə qalib gəliblər.

Ev sahibi komandanın yarımmüdafiəçisi Ruslan Malinovski hesabı penaltidən üçüncü dəqiqədə açıb. 20-ci dəqiqədə “Napoli”nin hücumçusu Rasmus Hoylund bərabərlik qolunu vurub, bir dəqiqə sonra isə Skott Maktominey “Napoli”ni irəli çıxarıb. 57-ci dəqiqədə “Cenoa”nın hücumçusu Lorenzo Kolombo hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə Rasmus Hoylund penaltidən ikinci qolunu vurub.

“Napoli” 24 oyundan 49 xalla İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir. “Cenoa”nın 23 xalı var və 16-cı yerdədir.

İdman.Biz
Məqalədə: