Fransa Kuboku: “Lion”, “Loryan” və “Tuluza”nın qələbəsi

5 Fevral 2026 01:35
41
Fransa Kuboku: “Lion”, “Loryan” və “Tuluza”nın qələbəsi

Fransa Kubokunun 1/8 final mərhələsinin “Lion” və “Laval” klubları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Groupama” stadionunda (Lion, Fransa) oynayıblar. Ev sahibi komanda 2:0 hesablı qələbə qazanıb.

80-ci dəqiqədə “Real Madrid”dən icarəyə götürülmüş hücumçu Endrik matçın ilk qolunu vurub. 90+4-cü dəqiqədə portuqaliyalı hücumçu Afonso Moreyra ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.

Endrik bununla Fransa klubunda bütün yarışlarda beşinci qolunu vurub.

Fransa Kubokunun 1/8 final mərhələsinin digər oyunlarında nəticələr belə olub:

“Nitsa” – “Monpelye” - 3:2
“Loryan” – “Paris” - 2:0
“Tuluza” – “Amyen” - 1:0
“Trua” – “Lans” - 2:4

İdman.Biz