Ronaldunun mümkün qayıdışı ilə bağlı “Mançester Yunayted”in mövqeyi açıqlanıb

4 Fevral 2026 01:06
93
Ronaldunun mümkün qayıdışı ilə bağlı “Mançester Yunayted”in mövqeyi açıqlanıb

“Qırmızı şeytanlar”ın keçmiş hücumçusunun az maaşla oynmağa hazır olduğu barədə şayiələrə baxmayaraq, “Mançester Yunayted” bu yay Kriştianu Ronaldunu geri qaytarmaq planında deyil.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçunun 2022-ci ildə klubdan ayrılmazdan əvvəl verdiyi mübahisəli müsahibə iki tərəf arasında münasibətləri ciddi şəkildə pisləşdirməyib. Buna baxmayaraq, “Qırmızı şeytanlar” 40 yaşlı hücumçunu transfer etməyi düşünmür.

Daha əvvəl media oyunçunun “Əl-Nəsr”in inkişaf strategiyasından narazılığını bildirmişdi.

Ronaldu 2003-2009-cu illərdə və 2021-2022-ci illərdə “Mançester Yunayted”də oynayıb. Bu müddət ərzində hücumçu bütün yarışlarda 346 oyunda meydana çıxıb, 145 qol vurub və 73 məhsuldar ötürmə edib.

İdman.Biz