Almaniya Kubokunun dörddəbir finalının “Bayer Leverkuzen” və “Sankt-Pauli” komandaları arasında oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Bayer” 3:0 hesabı ilə qalib gəlib. Oyun “BayArena”da (Leverkuzen) baş tutub.
Martin Terye 31-ci dəqiqədə ev sahibi komandaya üstünlük qazandırıb, Patrik Şik isə 63-cü dəqiqədə fərqi ikiqat artırıb. Yonas Hofmann 90+2-ci dəqiqədə leverkuzenlilərin üçüncü qolunu vurub.
Əvvəlki mərhələdə “Bayer” “Borussiya Dortmund”u 1:0, “Sankt-Pauli” isə “Borussiya Mönhenqladbax”ı 2:1 hesabı ilə məğlub etmişdi.
Almaniya kubokunun hazırkı qalibi finalda “Arminiya”nı 4:2 hesabı ilə məğlub edən “Ştutqart”dır.
