A Seriyası: “Milan” 23-cü turun son oyununda “Bolonya”nı məğlub edib - VİDEO

4 Fevral 2026 01:53
76
A Seriyası: “Milan” 23-cü turun son oyununda “Bolonya”nı məğlub edib

İtaliya A Seriyasının 23-cü turunun “Milan” və “Bolonya” komandaları arasında keçirilən son oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar “Stadio Renato Dall'Ara”da (Bolonya) oynayıblar. Qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

20-ci dəqiqədə İngiltərə millisinin oyunçusu Ruben Loftus-Çik yarımmüdafiəçi Adrien Rabyonun ötürməsindən sonra hesabı açıb. 39-cu dəqiqədə hücumçu Kristofer Nkunku özü qazandığı penaltini dəqiq yerinə yetirib. 48-ci dəqiqədə Rabyo özü də qol vuru.b

Bu qələbə “Milan”a xallarını 50-yə çatdırmağa imkan verib. 23 oyundan sonra komanda A Seriyasında lider “İnter”dən beş xal geridə qalaraq ikinci yerdədir. “Bolonya” 30 xalla 10-cu yerdə qərarlaşıb.

İdman.Biz