“Arsenal” İngiltərə Liqa kubokunun finalına çıxıb - VİDEO

4 Fevral 2026 02:22
65
“Arsenal” İngiltərə Liqa kubokunun finalına çıxıb

İngiltərə Liqa kubokunun yarımfinalının Londonun “Arsenal” və “Çelsi” komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

İdman.Biz bildirir ki, ilk oyunda 3:2 hesabı ilə qalib gələn “topçular” cavab görüşündə də üstün olublar - 1:0. “Arsenal” Liqa kubokunun finalına vəsiqə qazanıb.

Oyun Londondakı “Emirates” stadionunda baş tutub.

Yeganə qolu 90+7-ci dəqiqədə Kai Haverts vurub.

Final 22 martda Londondakı "Uembli" stadionunda keçiriləcək. Bu oyunda “Arsenal” “Mançester Siti” və “Nyukasl Yunayted” arasında keçirilən matçın qalibi ilə qarşılaşacaq.

“Nyukasl Yunayted” hazırkı İngiltərə Liqa Kubokunun çempionudur. Keçən ilki finalda "”ağsağanlar” tarixində ilk dəfə olaraq “Liverpul”u məğlub edərək kuboku qazanıblar.

İdman.Biz