İspaniya kubokunda “Albasete” ilə “Barselona” arasında dörddəbir final matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Albasetedəki “Karlos Belmonte” stadionunda oynanılıb. Matç 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
“Blauqrana”nın cinah oyunçusu Lamin Yamal 39-cu dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə müdafiəçi Ronald Arauxo “Barselona”nın üstünlüyünü artırıb. 87-ci dəqiqədə “Albasete”nin müdafiəçisi Xavi Moreno fərqi azaldıb.
Kral Kubokunun 1/8 final mərhələsində “Albasete” “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib. “Barselona” bu mərhələdə “Rasinq”dən 2:0 hesabı ilə üstün olub.
“Barselona” Kral Kubokunun hazırkı qalibidir. 26 aprel 2025-ci ildə keçirilən turnirin finalında Kataloniya klubu əlavə vaxtda “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.
