“Vulverhempton” müdafiəçi Möller Vulfeni “Roma”ya satmaqdan imtina edib

4 Fevral 2026 01:25
110
“Vulverhempton” müdafiəçi Möller Vulfeni “Roma”ya satmaqdan imtina edib

“Vulverhempton” qış transfer pəncərəsi zamanı Norveç millisinin müdafiəçisi David Möller Volfeni satmaqdan imtina edib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabrizio Romano özünün X sosial media səhifəsində yazıb.

Mənbənin məlumatına görə, İtaliyanın “Roma” və İngiltərənin “Nottingem Forest” klubları oyunçu ilə fəal şəkildə maraqlanırdılar və hər iki klub rəsmi transfer təklifləri irəli sürsə də, “Vulverhempton” bundan imtina edib. “Nottingem”in müdafiəçi üçün 14 milyon funt sterlinq təklif etməyə hazır olduğu bildirilir.

David Möller Volfe bu mövsüm 17 matçda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz