Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.
İdman.Biz bildirir ki, turun son oyununda “Fənərbağça” səfərdə “Kocaelispor”la qarşılaşıb.
Oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qolları 45+1-də Marko Asensio və 75-ci dəqiqədə Dorjeles Nene vurublar.
20 oyundan sonra “Fənərbağça” 46 xalla turnir cədvəlində ikinci yerdədir və lider “Qalatasaray”dan üç xal geri qalır. “Kocaelispor” 24 xalla 9-cudur.
