“Atletiko Madrid” Ademola Lukmanı “Atalanta”dan alıb

2 Fevral 2026 22:58
104
“Atletiko Madrid” Ademola Lukmanı “Atalanta”dan alıb

Ademola Lukman “Atletiko Madrid”ə keçib.

İdman.Biz xəbər verir ki, Madrid klubu 28 yaşlı “Atalanta” hücumçusunun transferini açıqlayıb. Tərəflər 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıblar.

Daha əvvəl müqavilənin 35 milyon avro dəyərində olacağı, bonusların da 5 milyon avro olacağı bildirilirdi.

Nigeriyalı bu mövsüm A Seriyasında 12 oyunda iştirak edib və iki qol vurub.

İdman.Biz