İtaliya çempionatının 22-ci turunda “Verona” “Udineze”ni qəbul edib.
İdman.Biz bildirir ki, qarşılaşma 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qolları Artyur Atta, 23 (0:1), Gift Orban, 26 (1:1), Alessandro Zanoli, 58 (1:2) və Kinan Devis, 67 (1:3) vurublar.
Bu qələbədən sonra “Udineze” 29 xalla 10-cu yerdədir. 14 xal toplayan “Verona” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
