Səudiyyə Ərəbistanı Pro Liqasının “Əl-İttihad” və “Əl-Ohdud” komandaları arasında keçirilən 18-ci tur oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah Sports City” stadionunda oynayıblar. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı 12-ci dəqiqədə “Əl-İttihad”ın yarımmüdafiəçisi Hussem Auar açıb. Meydan sahiblərinin ikinci qolunu 43-cü dəqiqədə yarımmüdafiəçi N'Qolo Kanté vurub. Qonaqlar 59-cu dəqiqədə yarımmüdafiəçi Burak İncenin qolu ilə fərqi azaldıblar.
Səudiyyə Ərəbistanı Pro Liqasında 17 oyundan sonra “Əl-İttihad”ın 30 xalı var və turnir cədvəlində altıncı yerdədir. “Əl-Ohdud” doqquz xalla sonuncu, 17-ci yerdədir.
