“Yuventus” yenidən Zirkzee və Kyeza ilə maraqlanır

Xəbərlər
26 Yanvar 2026 20:48
66
“Yuventus” yenidən Zirkzee və Kyeza ilə maraqlanır

Yusif En-Nesirinin transferinin uğursuzluğundan sonra “Yuventus” hücum xəttini gücləndirmək üçün alternativ variantları araşdırmağa başlayıb.

İdman.Biz xəbər verir ki, daha əvvəl “Yuventus”un idman direktoru Corco Kyellini En-Nesirinin transferi ilə bağlı danışıqların başa çatdığını təsdiqləmişdi, çünki “Fənərbağça”nın hücumçusu icarə müqaviləsinə razılaşmayıb.

“La Gazzetta dello Sport”un məlumatına görə, qış transfer pəncərəsinin son həftəsində “Yuventus” “Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza və “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee ilə əlaqələrini bərpa edib.

İdman.Biz