“Barselona”nın prezidenti Joan Laporta “Ovyedo” ilə La Liqa matçında (3:0) “Kamp Nou” stadionunun bəzi ərazilərinin su altında qalması ilə bağlı şərh verib.
İdman.Biz bildirir ki, xüsusilə də su mətbuat sektorunu basıb. Ən həssas ərazi ora olub, çünki oranı qorumaq üçün lazımi dam örtüyü olmayıb.
“Dam hələ tamamlanmadığı üçün yağış yağsa, islanacağımızı gözləyirdik. Düşünürdüm ki, hamı kimi islanacağıq. Yağış hamımızı təəccübləndirdi. Çətir gətirməyi planlaşdırmırdım.
Stadion hələ tikilir. Təmir edilməli olan hər şeyi düzəldəcəyik.
Buraya hər gün gələndə yeni bir şeyin edildiyini görürük. Üçüncü mərtəbədə işlər, daxili bəzək işləri də yaxşı gedir. Hər şey plana uyğun gedir”, - Joan Laporta deyib.
