La Liqa: “Espanyol” evdə “Valensiya”nı məğlub edib - YENİLƏNİR

Xəbərlər
24 Yanvar 2026 21:49
43
La Liqa: “Espanyol” evdə “Valensiya”nı məğlub edib

İspaniya La Liqasının 21-ci turunun “Espanyol” və “Valensiya” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Mestalya” stadionunda (Valensiya) qarşılaşıblar. Meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

“Valensiya”nın hücumçusu Uqo Duro 15-ci dəqiqədə hesabı açıb. Qonaq yarımmüdafiəçi Ramon Terrats 54-cü dəqiqədə bərabərlik qolunu vurub, müdafiəçi Eray Cemert isə beş dəqiqə sonra ev sahiblərini yenidən hesabda irəli çıxarıb. 79-cu dəqiqədə “Valensiya”nın müdafiəçisi Xose Kopete öz qapısına qol vurub. 90+4-cü dəqiqədə Largi Ramazani penaltidən qola imza ataraq ev sahiblərinin qələbəsini təmin edib.

La Liqada 21 oyundan sonra “Espanyol” 34 xalla turnir cədvəlində beşinci yerdədir. “Valensiya” 23 xalla 13-cü yerdə qərarlaşıb.

19:48

İspaniya La Liqasının 21-ci turunun oyununda “Osasuna” səfərdə “Rayo Valyekano”nu 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Viktor Munyos 29-cu dəqiqədə hesabı açıb. Meydan sahibləri 59-cu dəqiqədə Pate Sissanın qolu ilə hesabı bərabərləşdiriblər. 90+1-ci dəqiqədə Viktor Munyos “Osasuna”nı irəli çıxarıb və bir neçə dəqiqə sonra Asier Osambela yekun hesabı müəyyənləşdirib.

“Osasuna” (25 xal) La Liqada səkkizinci yerə yüksəlib. “Rayo Valyekano” (22 xal) turnir cədvəlində 13-cü yerdədir.

İdman.Biz