PSJ qələbə qazanaraq turnir cədvəlində birinci yerə yüksəlib - VİDEO

Xəbərlər
24 Yanvar 2026 01:05
39
PSJ qələbə qazanaraq turnir cədvəlində birinci yerə yüksəlib

Fransa Liqa 1 mövsümünün 19-cu turunda “Oser” və PSJ arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Stad Abbey Desham” stadionunda (Oser) baş tutan matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

PSJ-nin hücumçusu Bredli Barkola matçın yeganə qolunu 79-cu dəqiqədə vurub.

Fransa Liqa 1-in 19 turundan sonra PSJ 45 xalla turnir cədvəlinə başçılıq edir. “Oser” 12 xalla 17-ci yerdədir.

İdman.Biz