Kamerun, Seneqal və Qananın keçmiş baş məşqçisi dünya çempionatını boykot etməyə çağırıb

Xəbərlər
21 Yanvar 2026 06:07
37
Kamerun, Seneqal və Qananın keçmiş baş məşqçisi dünya çempionatını boykot etməyə çağırıb

Kamerun, Seneqal və Qana milli komandalarının keçmiş baş məşqçisi Klod Le Rua, Donald Trampın dövründə Afrika təşkilatlarının maliyyələşdirilməsindəki dəyişikliklərə görə DÇ-2026-nı boykot etməyi təklif edbi.

İdman.Biz bildirir analoji təklifi artıq Almaniya və Fransanın siyasətçiləri və futbol rəsmiləri səsləndiriblər.

“O (Donald Tramp) qeyri-hökumət təşkilatlarını məhv etməklə Afrikaya zərər verir. Bu, qitənin faciəsidir. Mən CAF-ın mətbuat konfransında iştirak etdim və bir neçə dəfə çıxış etmək istədim, amma mənə heç vaxt mikrofon verilmədi - hamı bilirdi ki, mən mütləq yumşalmayacağam. Mübarizəm bununla bitmədi.

Sual verirəm: Donald Trampın Afrika qitəsinə və onunla çiyin-çiyinə dayanmaqla öyünən FIFA prezidentinə qarşı davranışını nəzərə alsaq, dünya çempionatını boykot etməyə çağırmamalıyıq?

Ən yüksək səviyyəli futbol liderləri artıq futboldan danışmırlar - yalnız puldan danışırlar”, - Le Rua “Le Figaro”ya verdiyi müsahibədə bildirib.

İdman.Biz