Almaniyada bir daha Trampa görə dünya çempionatını boykot etməyə çağırıblar

Xəbərlər
20 Yanvar 2026 20:05
38
Almaniyada bir daha Trampa görə dünya çempionatını boykot etməyə çağırıblar

“Sankt-Pauli” futbol klubunun prezidenti, Bundesliqanın və Almaniya Futbol Assosiasiyasının icra şuralarının üzvü olan Oke Hettlix 2026-cı il dünya çempionatını boykot etmək barədə müzakirəyə çağırıb.

İdman.Biz bildirir ki, səbəb ABŞ prezidenti Donald Tramp və onun Qrenlandiya ilə bağlı açıqlamalarıdır.

“Avropalıların dolayı yolla və bəlkə də birbaşa Avropaya hücum edəcək bir ölkədə yarışda iştirak edib-etməməsi məsələsini müzakirə etməyə haqqları var”, - Hettlix deyib.

Tramp daha əvvəl Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı ABŞ-ın nəzarətinə almaq və orada raketdən müdafiə sistemləri yerləşdirmək istəyini bildirib.

Daha əvvəl Almaniya parlamentinin üzvü və Federal Kansler Fridrix Mertsin müttəfiqi olan alman siyasətçisi Yurgen Hardt, Almaniyanın ABŞ-a təzyiq göstərmək üçün 2026-cı il dünya çempionatının boykot edə biləcəyini irəli sürüb.

2026-cı il dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyunda başlayır, final isə 19 iyulda keçiriləcək.

İdman.Biz