“Atalanta” “Piza” üzərində qələbəni əldən verib - VİDEO

Xəbərlər
17 Yanvar 2026 01:56
39
“Atalanta” “Piza” üzərində qələbəni əldən verib

İtaliya A Seriyası mövsümünün 20-ci turunda “Piza” və “Atalanta” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Arena Garibaldi-Romeo Anconetani” (Piza) stadionunda oynayıblar. Matç 1:1 hesablı heç-heçə ilə qurtarıb.

Nikola Krstoviç matçın ilk qolunu vurub. Hücumçu 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərinin hücumçusu Rafiu Durosinmi 87-ci dəqiqədə hesabı bərabərləşdirib.

“Atalanta” bu mövsüm 21 oyundan 32 xal toplayaraq turnir cədvəlində yeddinci yerdədir. 14 xalla “Piza” 19-cu yerdə qərarlaşıb.

İdman.Biz