Pep Qvardiolanın “Trabzonspor”un baş məşqçisi təyin olunacağı ilə bağlı yayılan xəbərlər təkzib edilib.
İdman.Biz xəbər verir ki, bu barədə “Mançester Siti” və “Barselona”nın sabiq baş məşqçisinin agenti Xosep Mariya Oroviç “AS”a açıqlama verib,
O, 55 yaşlı mütəxəssisin Türkiyə klubuna keçidi ilə bağlı şayiələri şərh edərək bildirib ki, Qvardiolanın bu mövsüm heç bir klub və ya milli komandada çalışmayacaq
“Pep bu mövsüm heç bir klubu və ya milli komandanı məşq etdirməyəcək”.
Qeyd edək ki, daha əvvəl “Trabzonspor”un Qvardiola ilə ciddi danışıqlara başladığı və mütəxəssisə illik 13 milyon avro (26 milyon manat) maaş təklif edə biləcəyi barədə məlumat yayılmışdı.
Qvardiola ötən mövsümün sonunda 2016-cı ildən rəhbərlik etdiyi “Mançester Siti”dən ayrılıb. O, İngiltərə klubu ilə altı dəfə Premyer Liqa çempionluğu yaşayıb.
