Londonun “Arsenal” klubu 17 yaşlı gürcü futbolçu Andriy Bartişvilinin transferi ilə bağlı razılığa gəlib.
İdman.Biz xəbər verir ki, futbolçu 18 yaşını tamamladıqdan sonra, 2027-ci ilin iyulunda “Arsenal”a qoşulacaq.
Bartișvilinin transfer hüquqları Gürcüstanın “Kolxeti-1913” klubuna məxsusdur. O, cari mövsümü Gürcüstan çempionatının yüksək divizionunda çıxış edən “İberiya 1999” klubunda icarə əsasında keçirir.
“Transfermarkt”ın məlumatına görə, gənc futbolçunun bazar dəyəri 1,5 milyon avrodur (3 milyon manat).
Qeyd edək ki, İngiltərə Premyer Liqasında üç turdan sonra “Arsenal” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
