“Arsenal” xərcləri azaltmaq üçün maliyyə məsləhətçilərinə müraciət edib

11 Sentyabr 2026 21:33
53
“Arsenal” xərcləri azaltmaq üçün maliyyə məsləhətçilərinə müraciət edib

“Arsenal” klubun maliyyə vəziyyətini və xərclərini optimallaşdırmaq üçün maliyyə məsləhətçilərinə müraciət edib.

İdman.Biz “Sky News”a istinadən xəbər verir ki, London klubu təşkilatın maliyyə vəziyyətini araşdırmaq, gələcək strategiya və optimallaşdırma ilə bağlı məsləhətlər almaq üçün BCG konsaltinq firmasını işə cəlb edib.

Məlumata əsasən, aparılan araşdırmanın qənaət məqsədilə klubun strukturunda iş yerlərinin ixtisarına gətirib çıxara biləcəyi istisna edilmir.

Qeyd edək ki, may ayında “Arsenal” 20 ildən artıq müddətdə ilk dəfə İngiltərə Premyer Liqasının çempionu olub. London təmsilçisi yay transfer pəncərəsində transfer xərclərinə görə Premyer Liqa klubları arasında doqquzuncu yeri tutub.

İdman.Biz