Mourinyo Mbappeni müdafiə etdi: “40 qol vuran futbolçu problem deyil”

11 Sentyabr 2026 23:15
67
Mourinyo Mbappeni müdafiə etdi: “40 qol vuran futbolçu problem deyil”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappe ilə bağlı tənqidlərə münasibət bildirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Mbappenin məhsuldarlığının komanda üçün problem olmadığını vurğulayıb.

“Vini ilə bağlı olduğu kimi, eyni atalar sözündən istifadə edirəm: bu, çoxlu meyvələri olan ağacdır. 40 qol vuran oyunçu heç vaxt komanda üçün problem olmur.

Elə insanlar var ki, futboldan danışırlar, lakin onu dərindən bilmirlər. Başqaları da oyunu başa düşür, lakin yaxşı olmayan şeylər haqqında danışmağa üstünlük verirlər.

Mən komandanın son 10 dəqiqədə necə oynadığını, Kukurelyanın Kilian kimi artıq tükəndiyi vaxt sol cinahda necə müdafiə olunduğunu gördüm. Baş məşqçi kimi bunu inanılmaz dərəcədə qiymətləndirirəm. Futbolçuların bu cür münasibəti mənim üçün sevindiricidir”, – deyə Mourinyo bildirib.

O, bəzi mütəxəssislərin “Real”ın müdafiəsindəki problemləri qabartdığını, lakin komandanın hücumdakı imkanlarından danışmadığını da qeyd edib.

“Bizim üç-dörd qol buraxa biləcəyimizi dedilər. Lakin səkkiz qol vura biləcəyimizi demirlər. Bizə dörd qol vura bilərdilər – bəli, amma biz səkkiz qol vura bilərdik.

Çox darıxdırıcı matçlar olur və ehtimal ki, bizim də belə oyunlarımız olacaq. Çempionlar Liqasında elə oyunlar olur ki, komandalar bir-birindən qorxur, riskə getmirlər, azarkeşlər evə xoşagəlməz təəssüratla qayıdırlar.

Biz birik. “Betis”lə oyunda xal itirdik, lakin fədakarlığımız əvvəlki kimi qalacaq. İnsanları xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə o əlavə edib.

İdman.Biz