İngilis yarımmüdafiəçi Konor Qallaher “Atletiko Madrid”dən ayrılıb. “Tottenhem Hotspur”un mətbuat xidməti onun transferini komandanın rəsmi saytında açıqlayıb.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi uzunmüddətli müqavilə imzalayıb.
Konor Qallaher “Çelsi” akademiyasının yetirməsidir. O, 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm Madrid klubunun heyətində bütün yarışlarda 27 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Qallaher karyerası ərzində Premyer Liqada 136 oyunda meydana çıxıb, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
