İtaliya A Seriyası mövsümünün 20-ci turunun “Yuventus” və “Kremoneze” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Allianz” stadionunda (Turin, İtaliya) oynayıblar. Oyun ev sahibi komandanın xeyrinə 5:0 hesabı ilə başa çatıb.
Müdafiəçi Bremer 12-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra hücumçu Conatan Devid ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. “Yuventus”un hücumçusu Kenan Yıldız 35-ci dəqiqədə hesabı 3:0 edib. “Kremoneze”nin müdafiəçisi Filippo Terraççano 48-ci dəqiqədə öz qapısına qol vurub. “Yuventus”un yarımmüdafiəçisi Veston Makkenni 64-cü dəqiqədə beşinci qolu vurub.
“Yuventus” hazırda 20 oyundan 39 xal toplayıb və turnir cədvəlində dördüncü yerdədir. “Kremoneze” 22 xalla 13-cü yerdədir.
