“Arsenal” və “Çelsi” PSJ-nin hücumçusuna göz dikiblər

Xəbərlər
9 Yanvar 2026 22:51
52
“Arsenal” və “Çelsi” PSJ-nin hücumçusuna göz dikiblər

“Arsenal”, “Çelsi” və “Liverpul” PSJ-nin cinah oyunçusu Bredli Barkolanın transferi ilə bağlı danışıqlar aparıblar.

İdman.Biz TEAMtalk-a istinadla xəbər verir ki, 23 yaşlı cinah oyunçusu bu yay Fransa nəhəngindən ayrılmaq üçün namizəd ola bilər. Lakin PSJ qış transfer pəncərəsində oyunçu üçün təklifləri nəzərdən keçirməyəcək. Barkola ilə yeni müqaviləyə dair danışıqların da cari mövsümün sonundan sonra aparılması gözlənilir.

Hücumçu 2023-cü ilin yayından PSJ-də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 23 oyunda meydana çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz