Alonso Simeonenin Vinisiusa dedikləri ilə bağlı: “Yaxşı davranış nümunəsi deyil”

Xəbərlər
9 Yanvar 2026 09:08
62
Alonso Simeonenin Vinisiusa dedikləri ilə bağlı: “Yaxşı davranış nümunəsi deyil”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso Vinisius Juniorun Dieqo Simeone ilə mübahisinə münasibət bildirib.

İdman.Biz bildirir ki, “Real Madrid” İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.

Braziliyalı futbolçu 81-ci dəqiqədə meydanı tərk edərkən “Atletiko”nun baş məşqçisi əvvəlcə tribunaya, sonra isə qulağına işarə edərək nəsə deyib.

Meydanı tərk etdikdən sonra Vinisius Simeonenin hərəkətlərindən narazılığını bildirməyə başlayıb. “Los Blancos”un məşqçiləri və əvəzedici heyəti 25 yaşlı oyunçunu meydançadan aparmalı olub.

“Rəqib oyunçulara hörmətlə yanaşmağa çalışıram və adətən onlarla danışmıram. Onun dediklərini başa düşəndə xoşuma gəlmədi. Bu, idman davranışının yaxşı nümunəsi deyil.

Hər şey məqbul deyil - rəqibinə hörmət etməlisən. Meydanda baş verənlərin həddi var”, - Alonso deyib.

İdman.Biz