“Əl-Hilal” Fernandeş üçün 100 milyon funt sterlinq ödəməyə hazırdır - VİDEO

Xəbərlər
8 Yanvar 2026 21:16
85
“Əl-Hilal” Fernandeş üçün 100 milyon funt sterlinq ödəməyə hazırdır - VİDEO

“Əl-Hilal” klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeşi transfer etmək üçün hazırlıqları cari transfer pəncərəsində bərpa edib.

İdman.Biz bildirir ki, bu barədə “indykaila News” sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçu üçün “mankunianlılar”a 100 milyon funt sterlinq təklif etməyə hazırdır. Fernandeş həftədə 600.000 funt sterlinq (illik 28,8 milyon funt sterlinq) qazanacaq.

Fernandeş bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxıb, beş qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz