İngiltərə Premyer Liqası: “Arsenal” qələbə qazanaraq liderliyini möhkəmləndirib - YENİLƏNİB + VİDEO

Xəbərlər
31 Dekabr 2025 02:23
55
İngiltərə Premyer Liqası: “Arsenal” qələbə qazanaraq liderliyini möhkəmləndirib

Londondakı “Emirates” stadionunda keçirilən İngiltərə Premyer Liqasının “Arsenal” və “Aston Villa” komandaları arasında keçirilən oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

48-ci dəqiqədə “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra “Arsenal”ın ispan müdafiəçi yarımmüdafiəçisi Martin Zubimendi hesabı 2:0 edib. “Topçular”ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə "Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jesus hesabı 4:0 edib. 90+4-də Olli Uotkins “Aston Villa”nın yeganə qolunu vurub.

Bu qələbədən sonra “Arsenal” 45 xalla liderdir.

02:15

İngiltərə Premyer Liqasının 19-cu turunda “Mançester Yunayted” öz meydançasında “Vulverhempton”u qəbul edib.

İdman.Biz bildirir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

27-ci dəqiqədə Coşua Zirzkzeenin vurduğu qola “Vulverhempton” 45-ci dəqiqədə Ladislav Kreyçinin dəqiq zərbəsi ilə cavab verib.

01:47

İngiltərə Premyer Liqasının 19-cu turunun “Nottingem Forest” və Liverpulun “Everton” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Everton” 2:0 hesabı ilə qalib gəlib. Oyun Nottingemdəki “City Ground” stadionunda baş tutub.
19-cu dəqiqədə Ceyms Qarner hesabı açaraq qonaqlara üstünlük qazandırıb. 79-cu dəqiqədə Tyerno Barri komandasının fərqini ikiqat artırıb.

Turun digər oyununda “Çelsi” “Bornmut”u qəbul edib. Oyunu 2:2 hesabı ilə yekunlaşıb.

Qonaqların hücumçusu Devid Bruks 6-cı dəqiqədə hesabı açıb. “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer 15-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Yarımmüdafiəçi Enzo Fernandes 23-cü dəqiqədə meydan sahiblərini irəli çıxarıb. 27-ci dəqiqədə hücumçu Castin Klyuyvert “Bornmut”un ikinci qolunu vurub.
Turun digər oyununda da qalib müəyyənləşməyib. Belə ki, “Brayton”u qəbul edən “Vest Hem” qonaqların müqavimətini qıra bilməyib – 2:2.

10-cu dəqiqədə Jarrod Bouen londonlulara irəli çıxarıb, 32-ci dəqiqədə Denni Uelbek isə penaltidən qol vuraraq hesabı bərabərləşdirib. Lukas Paketa 45+4-cü dəqiqədə penaltidən dəqiq zərbə vuraraq “Vest Hem”i irəli çıxarıb, Joel Veltman isə 61-ci dəqiqədə hesabı bərabərləşdirib.

Turun bir başqa matçında isə “Bernli” “Nyukasl”ı qəbul edib.

İkinci dəqiqədə “Nyukasl”ın yarımmüdafiəçisi Joelinton hesabı açıb. Yeddinci dəqiqədə hücumçu Yohan Vissa komandasının üstünlüyünü ikiqat artırıb. 23-cü dəqiqədə “Bernli”nin yarımmüdafiəçisi Coş Loran fərqi azaldıb. 90+3-cü dəqiqədə “Nyukasl”ın müdafiəçi yarımmüdafiəçisi Bruno Gimaraeş son hesabı müəyyənləşdirib - 1:3.

İdman.Biz