İtaliya A Seriyası payız və qış aylarında istifadə edilən narıncı topdan tədricən imtina edəcək.
İdman.Biz “La Gazzetta dello Sport”-a istinadən bildirir ki, Liqa əvvəlki sarı topuna qayıdacaq.
“Bu barədə çoxsaylı əsaslı şikayətlər almışıq. Rəng korluğu səbəbindən topu görə bilməyən tamaşaçılar var. Texniki sponsorumuzdan yeni topların çatdırılmasını sürətləndirməsini xahiş etdik. Hər oyun üçün 25 topa ehtiyacımız var, yəni həftədə 500 top, üstəgəl məşq üçün klublara təqdim etdiyimiz toplar.
Təchizatçı yeni görünən rəngli topların istehsalına başlayıb, lakin mövcud narıncı versiyanı əvəz edə bilməyimiz bir az vaxt aparacaq. Narıncı top uğursuz bir seçim idi. Biz sarı və ağ toplara qayıdırıq”, - deyə A Seriyasının prezidenti Etsio Simonelli Rai Radio 1-dəki “Radio Anch'io Sport” proqramına bildirib.
