“Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçi Cud Bellingemi transfer etmək üçün “Real Madrid”ə 200 milyon avroluq təklif hazırlayır.
İdman.Biz “OK Diario”nun məlumatına istinadən bildirir ki, “qırmızı şeytanlar” müqaviləni 2026-cı ilin yayında başa çatdırmaq istəyirlər.
Mənbənin məlumatına görə, ingilis yarımmüdafiəçi “Kral klubu”nda satışına icazə verilməyən beş oyunçudan biridir. Bellingemin özü də hazırda “Los Blancos”dan ayrılmaq istəmir.
Yarımmüdafiəçi “Real Madrid”ə 2023-cü ilin yayında qoşulub. Bu mövsüm Bellingem bütün turnirlərdə 20 oyunda meydana çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.
