“Çelsi” 17 yaşlı A Seriyası müdafiəçisi üçün 60 milyon avro ödəyə bilər

Xəbərlər
24 Dekabr 2025 09:08
53
“Çelsi” 17 yaşlı A Seriyası müdafiəçisi üçün 60 milyon avro ödəyə bilər

“Çelsi” “Atalanta”nın 17 yaşlı mərkəz müdafiəçisi Honest Ahanor üçün əsas iddiaçılardan biridir.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı “Caught Offside” yayıb.

Mənbənin məlumatına görə, London klubu İtaliya komandasına oyunçu üçün 60 milyon avro təklif edə bilər. “Mançester Yunayted” və “Arsenal” da “Atalanta”nın müdafiəçisini izləyir.

Bu mövsüm Ahanor bütün yarışlarda 13 oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz