Bundesliqada ev sahiblərinin günü

Xəbərlər
18 Dekabr 2023 00:21
143
Bundesliqada ev sahiblərinin günü

Almaniya Bundesliqasında 15-ci tur başa çatıb.

İdman.biz xəbər verir ki, bu gün keçirilən oyunlarda ev sahiblərinin üstünlüyü qeydə alınıb.
Liderlər dogma azarkeşlər qarşısında çətinlik çəkməyiblər. “Bayer” “Ayntraxt”ın, “Bavariya” “Ştutqart”ın qapısından 3 cavabsız top keçirib.

“Frayburq” isə öz meydanında “Köln”dən güclü olub. Oyun meydan sahiblərini 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya Bundesliqası
15-ci tur

Frayburq – Köln – 2:0
Bayer L – Ayntraxt – 3:0
Bavariya – Ştutqart – 3:0

İdman.biz