FİFA DÇ-2025-də çıxış edəcək klubları açıqlayıb

Xəbərlər
17 Dekabr 2023 20:08
220
FİFA DÇ-2025-də çıxış edəcək klubları açıqlayıb

FİFA 2025-ci ildə təşkil olunacaq klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, yeni formata keçiriləcək turnirdə 32 klub mübarizə aparacaq.

Avropadan çempionlar yolu ilə (UEFA Çempionlar Liqasında qalib) 4 klub – “Çelsi” və “Mançester Siti” (hər ikisi İngiltərə), “Real” (İspaniya) və turnirin son qalibi yarışa vəsiqə qazanacaq. “Köhnə Qitə”də daha 8 komanda reytinqə əsasən, mundilala yollanacaq. Artıq “Bavariya” (Almaniya), “İnter” (İtaliya), PSJ (Fransa), “Portu” və “Benfika” (hər ikisi Portuqaliya) bu hüququ əldə ediblər.

Dünya çempionatına vəsiqə qazanan digər komandalar bunlardır: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Diamonds” (Yaponiya), “Monterrey” (Meksika), “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika). “Oklend Siti” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo” və “Fluminense” (hər üçü Braziliya).

Qeyd edək ki, ABŞ-da təşkil olanacaq dünya çempionatı 2025-ci il iyunun 15-də start götürüb, iyulun 13-də yekunlaşacaq. Turnir son futbol üzrə DÇ-2022-nin formatında keçiriləcək. Yeganə fərq burada 3-cü yer uğrunda oyun olmayacaq.

İdman.biz