Flikin “Barselona” ilə müqaviləsini uzatmaq qərarına nəyin təsir edə biləcəyi məlum olub

Xəbərlər
19 Dekabr 2025 20:47
32
Flikin “Barselona” ilə müqaviləsini uzatmaq qərarına nəyin təsir edə biləcəyi məlum olub

“Barselona” rəhbərliyi baş məşqçi Hans-Diter Flikin agentinə klubla müqaviləsini daha bir mövsüm, 2028-ci ilin iyun ayına qədər uzatmaq istəyi barədə məlumat veriblər.

İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, alman məşqçi 2026-cı ildə keçiriləcək “Barselona” prezident seçkilərinin nəticələrini gözləməyə üstünlük verir. Flik hazırkı “blauqrana” prezidenti Joan Laporta ilə yaxşı münasibətlər qurub və buna görə də Laportanın klubdakı gələcəyini bilmədən əmək müqaviləsinin uzadılması barədə qərar vermək istəmir.

Flik 2024-cü ilin yayından “blauqrana”ya rəhbərlik edir. Onun rəhbərliyi altında klub İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.

İdman.Biz