“Atletik” klubunun azarkeşləri Niko və İnyaki Uilyams qardaşlarına qarşı yenidən etirazlara başlayıblar.
İdman.Biz xəbər verir ki, Uilyams qardaşlarına həsr olunmuş küçə rəsmi yenidən təhqiramiz yazılarla örtüblər. Yazılarda Uilyams qardaşlarına “siz futbolçudan çox klounsunuz” və “Bilbaodan rədd olun” kimi sözlər yer alıb.
Cari mövsümdə Niko və İnyaki Uilyams bütün turnirlər üzrə birlikdə beş qol vurublar. Buna baxmayaraq, xüsusilə 2025-ci ilin yay transfer dövründə baş verən hadisələr azarkeşlərlə futbolçular arasında münasibətləri gərginləşdirib.
Qeyd edək ki, yay aylarında Niko Uilyamsın “Barselona”ya mümkün keçidi ilə bağlı yayılan şayiələr onun ciddi tənqid olunmasına səbəb olmuşdu. Lakin sonda futbolçu “Atletik” klubu ilə müqaviləsini 2035-ci ilə qədər uzadıb.
“Atletik” rəhbərliyi hadisə ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.
