“Səbail”dən ayrılan futbolçu “Mingəçevir”ə transfer olunub

3 Fevral 2026 11:38
92
“Səbail”dən ayrılan futbolçu “Mingəçevir”ə transfer olunub

“Səbail” ilə yollarını ayıran Bahadur Həziyevin karyerasını harada davam etdirəcəyi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “ASTA Mingəçevir” Futbol Klubu məlumat yayıb.

Birinci Liqada mübarizə aparan “Mingəçevir” 26 yaşlı mərkəz yarımmüdafiəçini heyətinə cəlb edib.

Klub futbolçu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz