İspaniya Kral Kuboku: “Real Madrid” və “Alaves”dən çətin qələbə - YENİLƏNİB + VİDEO

Xəbərlər
18 Dekabr 2025 02:09
41
İspaniya Kral Kuboku: “Real Madrid” və “Alaves”dən çətin qələbə

Kral Kubokunun 1/16 final mərhələsinin üçüncü divizionda çıxış edən “Talavera de la Reyna” ilə “Real Madrid” arasında keçirilən oyunu başa çatı.

İdman.Biz bildirir ki, “Real” 3:2 hesablı qələbə qazanıb.

Hesabı 41-ci dəqiqədə “Real Madrid” hücumçusu Kilian Mbappe penaltidən zərbə ilə açıb. 45+1-ci dəqiqədə “Talavera de la Reyna”nın müdafiəçisi Manuel Farrando öz qapısına qol vurub. 80-ci dəqiqədə “Talavera de la Reyna”nın hücumçusu Nahuel Arroyo buraxılan qollardan birinin əvəzini çıxıb. 88-ci dəqiqədə Mbappe ikinci qolunu vurub. 90+1-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Qonzalo di Renzo fərqi yenidən azaldıb – 2:3.

Kral Kubokunun 1/16 final mərhələsində "Alaves" və "Sevilya" arasında keçirilən oyun da başa çatıb. Matç “Alaves”in 1:0 hesablı qələbəsi ilə qurtarıb.

Matçda yeganə qolu 79-cu dəqiqədə “Alaves”in hücumçusu Karlos Visente penaltidən dəqiq zərbə ilə vurub.

00:22

Kral Kubokunun 1/16 final mərhələsinin dördüncü divizionda çıxış edən “Atletiko Baleares” və “Atletiko Madrid” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Madrid klubu 3:2 hesabı ilə qalib gəlib.

16-cı dəqiqədə hücumçu Antuan Qrizmann qonaqlara irəli çıxarıb. 20-ci dəqiqədə hücumçu Cakomo Raspadori fərqi artırıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Xerardo Bonet fərqi azaldıb. Qrizmann 72-ci dəqiqədə oyunda ikinci qolunu vurub. 90-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Moha Keyta fərqi azaldıb – 2:3.

1/16 final mərhələsinin digər oyununda “Rasinq” “Vilyarreal”ı qəbul edib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

“Rasinq”in hücumçusu Xuan Karlos Arana ilk qolu altıncı dəqiqədə vurub. Arana 28-ci dəqiqədə ikinci qolunu vuraraq komandasının üstünlüyünü ikiqat artırıb. 86-cı dəqiqədə hücumçu Ayoze Peres fərqi azalda bilib – 2:1.

İdman.Biz