Sonnen: “UFC Topuriyanı titulundan məhrum etməli olacaq”

Xəbərlər
17 Dekabr 2025 23:02
29
Sonnen: “UFC Topuriyanı titulundan məhrum etməli olacaq”

Keçmiş üçqat UFC tituluna iddialı, hazırda analitik Çeyl Sonnen hesab edir ki, liqa yüngül çəkidə çempion İliya Topuriyanı titulundan məhrum etməli olacaq.

İdman.Biz xəbər verir ki, Topuriya daha əvvəl onu titul müdafiəsini qeyri-müəyyən müddətə təxirə salmağa məcbur edən məsələlər barədə danışıb.

“Əgər biz mübahisəsiz çempiona qarşı yumşaq olmaq istəyiriksə, bu, yalnız xəstəlik və ya zədə səbəbindən döyüşləri buraxdığı təqdirdə mümkündür. Lakin Topuriya bizə xəstəlik və ya zədə meyarlarına uyğun olmayan səbəblərdən döyüşmədiyini deyəndə, o, titulundan məhrum edilməlidir. Mən onun kəmərindən məhrum edilməsini istəməzdim. Mən onun tərəfindəyəm. Amma hər halda o, titulundan məhrum edilməli olacaq”, - deyə MMAFighting Çeyl Sonnenin sözlərini sitat gətirir.

İdman.Biz