Argentinalı istedad “Barselona”nı arzulayır

Xəbərlər
16 Dekabr 2023 23:19
575
Argentinalı istedad “Barselona”nı arzulayır

“River Pleyt”in yarımmüdafiəçisi Klaudio Eçeverri “Barselona”da oynamağı arzulayır.

İdman.biz xəbər verir ki, Kataloniya klubu argentinalı futbolçu ilə yaxından maraqlanır.

Eçeverrinin “River Pleyt”lə müqaviləsi 2024-cü il dekabrın sonunda bitəcək. 17 yaşlı yarımmüdafiəçi “Barselona”da çıxış etməyi xəyal etdiyini bildirib. İlkin danışıqlar zamanı “River Pleyt” bu transferə görə, 25 milyon avro tələb edib. Kataloniyalılar bu məbləği hissə-hissə ödəməyə hazırdır.

Qeyd edək ki, Transfermarkt portalı Eçeverrinin qiymətini 4 milyon avro dəyərləndirib.

İdman.biz