Mbappenin “Qızıl top” yarışında lider olması barədə məlumat təkzib edildi

13 Oktyabr 2026 20:59
93
Mbappenin “Qızıl top” yarışında lider olması barədə məlumat təkzib edildi

Madrid “Real”ının və Fransa millisinin futbolçusu Kilian Mbappenin 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizədə favorit olması barədə yayılan məlumatlar təkzib edilib.

İdman.Biz xəbər verir ki, ispaniyalı jurnalist Xuan Xesus X sosial şəbəkəsində paylaşım edərək, Fransanın “L’Équipe” nəşri də daxil olmaqla, bir sıra KİV-lərin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Hazırda heç kim - nə namizədlərin özləri, nə də onların yaxın ətrafı səsvermədə kimin lider olduğunu və mükafat uğrunda mübarizədə kimin öndə getdiyini bilmir”, - deyə jurnalist yazıb.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu, mükafatın tarixində 70-ci mərasim olacaq.

Qalib FIFA reytinqində ilk 100 yeri tutan ölkələri təmsil edən 100 jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək.

İdman.Biz