“Fluminense”nin 41 yaşlı müdafiəçisi Tyaqo Silva futboldan ayrıldıqdan sonra PSJ-ni idarə etmək istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, daha əvvəl mətbuatda oyunçunun İngiltərədə yaşayan ailəsinə daha yaxın olmaq üçün Avropaya qayıtmağı düşündüyü bildirilirdi.
“Məşqçi olanda məqsədim oynadığım bütün komandalara məşqçilik etmək olacaq. Ona görə də bir gün PSJ-ni məşq etmək - bəli, bu, möcüzə olardı. Bu, heç vaxt baş tutmaya bilər, amma mən bu məqsədi qoymuşam. Bütün bunları düşünməzdən əvvəl, oyunçu karyeramı ləyaqətlə başa vurmaq istəyirəm”, - deyə “France Football” Silvanın sözlərini sitat gətirir.
