Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

Xəbərlər
12 Dekabr 2025 01:05
33
Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

Ukrayna Futbol Assosiasiyası (UAF) milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsindəki oyunlarını İspaniyada keçirmək qərarına gəlib.

İdman.Biz bildirir ki, Ukrayna milli komandası yarımfinalda İsveçlə İspaniyanın Valensiya şəhərində, “Levante”nin ev stadionunda oynayacaq.

Bu stadionun tutumu 26.354 nəfərdir. Əgər İsveçi məğlub etsələr, ukraynalılar DÇ-2026-ya vəsiqə uğrunda həlledici mübarizədə Polşa-Albaniya matçının qalibini eyni məkanda qəbul edəcəklər.

Ukrayna milli komandası daha əvvəl ev oyunlarını Polşada keçirib. Komandalar pley-off yollarının finalında qarşılaşa biləcəkləri üçün ukraynalılar ev oyunlarını rəsmi olaraq səfər oyununa çevirməmək üçün fərqli bir ölkə seçiblər.

Oyunlar 26 və 31 mart 2026-cı il tarixlərində keçiriləcək. Ukrayna milli komandası Avropa seçmə mərhələsinin D qrupunda 10 xalla ikinci yeri tutub.

İdman.Biz