“Roma” “Mançester Yunayted”in hücumçusunu heyətinə qatmağı planlaşdırır

Xəbərlər
10 Dekabr 2025 21:13
42
“Roma” “Mançester Yunayted”in hücumçusunu heyətinə qatmağı planlaşdırır

“Mançester Yunayted”in mərkəz hücumçusu Coşua Zirkzee İtaliya klubu “Roma”nın marağındadır.

İdman.Biz-in Sky Sport Italy-yə istinadən məlumatına görə, “Roma” 24 yaşlı niderlandlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Lakin Gazetta dello Sport iddia edir ki, “Roma” Zirkzee ilə müqavilə imzalamağı yalnız “Brayton”un hücumçusu Evan Ferqyusonun icarəsi başa çatdıqdan sonra planlaşdırır. 21 yaşlı irlandiyalı bu mövsüm “Roma”da 14 oyunda cəmi bir qol vurub və bir məhsuldar ötürmə edib.

Zirkzee “Mançester Yunayted”də doqquz oyunda cəmi bir qol vurub. Transfermarkt-ın məlumatına görə, onun dəyəri 25 milyon avrodur.

İdman.Biz