Yamal Çempionlar Liqasında növbəti matçı buraxmalı olacaq

Xəbərlər
10 Dekabr 2025 02:38
35
Yamal Çempionlar Liqasında növbəti matçı buraxmalı olacaq

“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında növbəti oyunu buraxmalı olacaq.

İdman.Biz bildirir ki, o, Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Ayntraxt Frankfurt”a qarşı oyunun 56-cı dəqiqəsində sarı vərəqə alıb.

Bu, onun turnirdə ikinci sarı vərəqəsi olduğu üçün növbəti oyunda yəni, Praqanın “Slaviya” komandasına qarşı oyunda Yamal “Barselona”ya könək edə bilməyəcək.

“Barselona”nın “Ayntraxt”la oyunu 2:1 hesabı ilə Kataloniya klubun qələbəsi ilə nəticələnib.

“Blauqrana” turnirdə 6 oyundan 10 xal toplayıb.

İdman.Biz