“Mançester Siti” və “Tottenhem”dən qələbə, “Çelsi” xal itirib - VİDEO

Xəbərlər
6 Dekabr 2025 21:37
45
“Mançester Siti” və “Tottenhem”dən qələbə, “Çelsi” xal itirib - VİDEO

İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti” evdə “Sanderlend”i 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, Ruben Dias ilk qolu 31-ci dəqiqədə vurub. 35-ci dəqiqədə Yoşko Qvardiol “Siti”nin fərqini artırıb, 65-ci dəqiqədə isə Fil Foden qola imza atıb.

Artırılmış vaxtda qonaqların müdafiəçisi Lyuk O'Nien birbaşa qırmızı vərəqə alıb.

“Mançester Siti” 31 xalla Premyer Liqa turnir cədvəlində “Aston Villa”nı (30 xal) geridə qoyaraq ikinci yerə yüksəlib. 23 xalla “Sanderlend” yeddinci yerə düşüb.

İngiltərə Premyer Liqasının 15-ci turunun digər matçında “Çelsi” səfərdə “Bornmut”la 0:0 hesablı heç-heçə edib.

“Çelsi”nin 25 xalı var və Premyer Liqa turnir cədvəlində dördüncü yerdədir. “Bornmut”un 19 xalı var və liqada 13-cü yerdədir.

Paralel matçda “Tottenhem Hotspur” evdə “Brentford”u 2:0 hesabı ilə məğlub edərək bütün turnirlərdə beş oyunluq qələbəsiz seriyaya son qoyub.

İdman.Biz