“Sassuolo” İtaliya çempionatının 14-cü turunda evdə “Fiorentina”nı 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, oyun “Mapey” stadionunda baş tutub.
Qələbə qollarını Kristian Volpato, Tarik Muharemoviç və İsmael Kone vurublar. Qonaqların yeganə qolunu Rolando Mandraqora vurub.
“Sassuolo” A Seriyasının turnir cədvəlində 20 xalla səkkizinci yerdədir. “Fiorentina” (6 xal) isə 20-ci yerdədir.
