ABŞ prezidenti ölkəsinin futbol millisinin dünya çempionu olacağını istisna etməyib

Xəbərlər
5 Dekabr 2025 21:29
30
ABŞ prezidenti ölkəsinin futbol millisinin dünya çempionu olacağını istisna etməyib

ABŞ prezidenti Donald Tramp DÇ-2026 qrup mərhələsinin püşkatma mərasiminə işirak edir.

İdman.Biz bildirir ki, siyasətçi ABŞ milli komandasının turnirdə qalib gəlmə ehtimalını istisna etməyib.

“Burada olmaq böyük şərəfdir. Canni (İnfantino) fantastik iş görüb. Bilet satışları rekordlar qırır. Yəni, biz artıq rekord qırmışıq, bu, əladır” – Tramp deyib.

“ABŞ dünya çempionatını qazana bilərmi?” sualına isə Amerika lideri “düşünürəm ki, bu mümkündür. Düşünürəm ki, burada bir çox insanın şansı var. Yarış olduqca çətin, amma deyərdim ki, onların (ABŞ milli komandasının) kiçik də olsa şansı var” cavabını verib.

İdman.Biz